Menu

İtaliya Qəzza xalqına yardım göndərir - Xəstəxana gəmisi sabah yola düşür

08.11.2023, 20:20
İtaliya Qəzza xalqına yardım göndərir - Xəstəxana gəmisi sabah yola düşür

Italiya Qəzzada sionist İsrailin ordusunun bombardmanları nəticəsində xəsarət alan insanlara yardım üçün xəstəxana gəmisi göndərir.

"AzPolitika.info" xəbər verir ki, bu barədə İtaliyanın müdafiə naziri Qvido Krosetto bildirib.  Onun sözlərinə görə, çərşənbə günü bildirib ki, İtaliya İsrail-Fələstin münaqişəsi qurbanlarının müalicəsinə kömək etmək üçün Qəzza sahillərinə xəstəxana gəmisi göndərəcək.

Nazir gəminin sabah 170 işçisi, o cümlədən tibbi fövqəladə hallar üçün təlim keçmiş 30 işçisi ilə yola düşəcəyini deyib.

Krosetto Qəzzaya səhra xəstəxanası göndərmək üçün də çalışdığını əlavə edib.

Rüfət

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol