Menu

Azərbaycan güləşçiləri II Türk Dövlətləri Universiadasında altı medal qazanıblar

08.11.2023, 22:41
Azərbaycan güləşçiləri II Türk Dövlətləri Universiadasında altı medal qazanıblar

Azərbaycanın yunan-Roma güləşçiləri Qazaxıstanda keçirilən II Türk Dövlətləri Universiadasında altı medal qazanıblar.

“Report”un məlumatına görə, milli üzvləri iki qızıl, bir gümüş, üç bürünc medala yiyələniblər.

Murad Əhmədiyev (97 kq) və Sərxan Məmmədov (130 kq) Universiadanın qalibi olublar. Fərid Xəlilov (67 kq) fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Pərviz Dadaşov (60 kq), Fərid Baxışlı (63 kq) və Davud Məmmədli (77 kq) isə üçüncü yeri tutublar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol