Menu

Azərbaycanın Ukraynaya göndərdiyi humanitar yardım təhvil verilib - VİDEO

09.11.2023, 13:09
Azərbaycanın Ukraynaya göndərdiyi humanitar yardım təhvil verilib - VİDEO

Azərbaycan Prezidentinin Sərəncamına uyğun olaraq Azərbaycan Energetika Nazirliyinin Ukrayna üçün aldığı 7,6 milyon dollar dəyərində elektrik avadanlıqlarının birinci hissəsini daşıyan 14 yük avtomobilindən ibarət karvan bu gün Ukraynaya çatıb.

APA xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev "X" hesabında paylaşım edib.

“Azərbaycanın Ukraynadakı səfirliyi humanitar yardımı Ukrayna hakimiyyətinə təhvil verib”, - o deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol