Menu

Türk Dövlətləri Təşkilatı beynəlxalq sülhə və təhlükəsizliyə xidmət edir

09.11.2023, 16:15
Türk Dövlətləri Təşkilatı beynəlxalq sülhə və təhlükəsizliyə xidmət edir

Sovet İmperiyasının süqutu ilə müstəqillik əldə etmiş Türk respublikaların həyatında yeni mərhələ başlanmış zəngin dövlətçilik ənənəsi ilə Şərqlə Qərb sivilizasiyasının qovşağını təşkil edən Türkiyə Respublikası ilə çoxtərəfli əməkdaşlıq surət götürmüşdür

Azərbaycan Respublikasının çoxqütblü Xarici siyasətində ortaq tarixi, milli və etnik keçmişi paylaşdığımız Türk dövlətləri ilə əməkdaşlığımız prioritetlərin prioritetini təşkil etməkdədir.

2009-cu ildə Naxçıvan Zirvə görüşündə formalaşan əməkdaşlıq Təşkilatı artıq beynəlxalq səviyyədə də ciddi qəbul edilir. Təsadüfi deyil ki, ölkə Prezidenti Cənab İlham Əliyevin üzv və müşahidəçi dövlətlərə 20 səfəri olmuş, qardaş ölkə rəhbərlərinin də həmin dövr ərzində ölkəmizə çoxsaylı səfərlər etmişlər.

Qarşılıqlı əlaqələrin nəticəsidir ki, bu ölkələrin iqtisadiyyatına Azərbaycan 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. Təkcə son ildə ölkəmizin Türk dövlətləri ilə ticarət dövriyyəsi 40 faiz artmışdır.

Ələt Azad İqtisadi Zonasının ərazisinin daha bir neçə hektar artırılması son illərdə Şərq-Qərb nəqliyyat dəhlizinin dayanıqlığından xəbər verir. Göründüyü kimi respublikamız bu ölkələrlə əlaqəni beynəlxalq siyasətində prioritet hesab edir. Cənab Prezident bu əlaqələrin siyasi perspektivlərinə toxunaraq qeyd etmişdir ki, “Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi-iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal informasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik müdafiə sənayesi, ordu quruculuğu kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq”!

4,8 milyon kvadrat kilometr əraziyə, 1,4 trilyon ABŞ dolları dəyərində ümumi daxili məhsula və 855 milyard ABŞ dollarından çox ticarət dövriyyəsinə malik Türk dövlətləri böyük iqtisadi potensiala, enerji resurslarına, müasir hərbi-texnoloji imkanlara malikdir. Fərəhli haldır bu ölkələrin iqtisadi çəkisi surətlə artmaqdadır. Belə ki, dünyanın ümumi ticarət dövriyyəsinin 2,4 faizini, qlobal ümumi daxili məhsulun 1,6 faizini təşkil edir.

Dünyada baş verən geosiyasi kataklizmlər fonunda Azərbaycanın da üzərində yerləşdiyi Orta dəhlizin əhəmiyyəti surətlə artmaqdadır. Bu sahədə ölkə Prezidentinin praqmatikliyi nəticəsində vaxtında müasir nəqliyyat-logistika infrastrukturunun yaradılması Orta dəhlizlə yükdaşımaların həcmini nəzərə çarpacaq dərəcədə artırmışdır. İndi Trans Xəzər Nəqliyyat Marşurutu üzrə yükdaşımaların dinamikası ötən ilin müvafiq dövrü ilə müqayisədə 85,3 faiz artaraq 1,7 milyon tondan çox olmuşdur.

İndi ölkəmizin Türk dövlətləri ilə ticarət dövriyyəsinin yaxın perspektikdə 15 milyard dollaradək artırılması nəzərdə tutulur.

Bu ilin birinci yarısında bu ölkələrlə Azərbaycanın ticarət dövriyyəsi 6 milyard dollara yaxın olub.

2020-ci il vətən müharibəsində, eləcə də 2023-cü ildə birgünlük lokal antiterror əməliyyatında bu ölkələri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmasına baxmayaraq ölkəmizin yanında olmuş, onun haqq işini müdafiə etmişlər.

Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə Türkiyənin Cumhurbaşqanı R.T.Ərdoğanın haqlı olaraq Zəngəzur dəhlizini Türk dünyası üçün əhəmiyyətini vurğulayıb. O, qeyd edib: “Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək nəqliyyat xətlərinin həyata keçirilməsi də böyük əhəmiyyət kəsb edir. Xəttin açılaması həm bölgədəki bütün ölkələrin rifahına mühüm töhvə verəcək, həm də Türkiyəni dədə-baba yurdumuz olan Orta Asiya ilə birləşdirəcək. Bu prosesin uğurlu başa çatması üçün biz Türk dünyası olaraq Azərbaycana dəstəyimizi davam etdirməliyik”!

Həsən Bayramov

Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurası və Elm Komissiyasının üzvü

Pedaqogika elmləri doktoru, professor

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol