İsrail Müdafiə Ordusu HƏMAS-ın komandirlərindən biri olan İbrahim Əbu Məqsibi zərərsizləşdirib.
“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusundan bildirilib.
Qeyd olunub ki, o, HƏMAS-ın tank əleyhinə raket bölməsinin komandiri olub.
Xatırladaq ki, HƏMAS-la İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb. İsrail Baş naziri Benyamin Netanyahu daha əvvəl müharibənin uzun çəkəcəyi barədə xəbərdarlıq edib və qələbə qazanacaqlarını söyləyib.


Şərhlər