Menu

Aİ müdafiə nazirləri Ukraynaya dəstəyi müzakirə edəcəklər

10.11.2023, 12:39
Aİ müdafiə nazirləri Ukraynaya dəstəyi müzakirə edəcəklər

Avropa İttifaqının müdafiə nazirləri Aİ-nin Ukraynaya dəstəyini müzakirə edəcəklər.

APA xəbər verir ki, Ukraynaya hərbi dəstək məsələsi Aİ-nin Xarici İşlər Şurasının noyabrın 14-də keçirlən iclasında müzakirə olunacaq.

Şurada həmçinin Sürətli Yerləşdirmə Potensialı (Rapid Deployment Capacity) mexanizmi və Aİ-nin Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) ilə bağlı fikir mübadiləsi aparılacaq. Aİ-nin Xarici İşlər Şurasının iclasından əvvəl isə NATO-nun baş katibi Yens Stoltenberq və Avropa Müdafiə Agentliyinin Rəhbər Şurası ilə qeyri-rəsmi səhər yeməyi olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol