"İsrailin Qəzzaya etdiyi hücumlarda körpələr, qadınlar və qocalar bombalanıb, öldürülür. Bunun heç bir əsası və qanuniliyi yoxdur. Ona görə də İsraili dayanmağa çağırırıq".
"AzPolitika.info" xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın "BBC" telekanalına müsahibəsində deyib.
"Birinci gün dedik ki, bu, terrorla mübarizədir. Çünki bunu bir demokratiya həyata keçirir və etməlidir. Dedik ki, beynəlxalq, qaydalara və humanitar hüquqa uyğundur. Ancaq gün keçdikcə Qəzzada mülki vətəndaşların bombalandığını görməyə başladıq",-deyə o bildirib.
Atəşkəsin yeganə həll yolu olduğunu vurğulayan Makron, İsrailin beynəlxalq qaydalara əməl edib-etmədiyi ilə bağlı suala cavabında deyib ki, “Mülki insanlara hücum etməyin heç bir əsası yoxdur”.
Makron "İsrail beynəlxalq humanitar hüququ pozurmu?" sualına isə belə cavab verib:“Bir tərəfdaş və dost kimi deyirəm ki, terror hadisəsinin öhdəsindən bu şəkildə gəlməyə çalışsanız, məncə, qınanılacaq da, günahkar da siz olacaqsınız. Bu gün dinc sakinlər bombalanır. Körpələr, qadınlar, qocalar bombalanır, öldürülür. Bunun heç bir əsası və qanuniliyi yoxdur. Buna görə də biz hamını dayanmağa çağırırıq. Mən hakim deyiləm, dövlət başçısıyam. Hər kəsə beynəlxalq hüququ xatırladıram və atəşkəsə çağırıram”.
"AzPolitika.info"


Şərhlər