Menu

“Qüds bizim qırmızı xəttimizdir” - Ərdoğan

11.11.2023, 17:50
“Qüds bizim qırmızı xəttimizdir” - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının Səudiyyə Ərəbistanında keçirilən 8-ci növbədənkənar Zirvə Toplantısında çıxış edib.

Türkiyə liderinin sözlərinə görə, Qəzzada atəşkəs elan edilməli və humanitar yardımların çatdırılması təmin olunmalıdır.

“Qüds bizim qırmızı xəttimizdir”, - deyən R.T.Ərdoğan Fələstin üçün fond yaradılmasını da təklif edib.

Zirvə toplantısında çıxış edən R.T.Ərdoğan Qərbin ikili standartlarını da tənqid edib.

“Qərb və ABŞ guya müdafiə etdikləri dəyərləri indi görməzdən gəlirlər”, - deyə Türkiyə prezidenti vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol