Menu

"Rusiya qazı ondan imtina edən Avropa ölkələrinə göndərilir" - “Qazprom” rəhbəri

11.11.2023, 16:07
"Rusiya qazı ondan imtina edən Avropa ölkələrinə göndərilir" - “Qazprom” rəhbəri

Rusiya qazı ondan imtina edən Avropa ölkələrinə göndərilir.

APA xəbər verir ki, bunu “Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Aleksey Miller “Rossiya-1” telekanalının “Moskva. Kreml. Putin” proqramına müsahibəsində deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi şirkət, imzalanmış müqavilələr əsasında Rusiya qazını Ukrayna ərazisindən tranzitlə Avstriyanın Baumqarten an der Marx qəsəbəsi yaxınlığında yerləşən qazpaylayıcı terminala göndərir, sonra isə bir sıra Avropa İttifaqı ölkələrinə, o cümlədən, də Cənub-Şərqi Avropa ölkələrinə nəql olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol