Rusiya Silahlı Qüvvələri ötən gecə Ukraynanın Nikolayev vilayətinə iki «X-59» idarə olunan raketi və bir «İsgəndər-M» raketi atıb.
"AzPolitika.info" «Ukrainskaya Pravda»ya istinadla xəbər verir ki, bu barədə Nikolayev vilayət administrasiyası məlumat yayıb.
Hava hücumundan müdafiə qüvvələri idarə olunan raketlərdən birini məhv etməyə müvəffəq olub. İkinci idarə olunan raket və ballistik raket bölgənin açıq ərazisinə düşüb. Raket zərbələri nəticəsində bir neçə yaşayış binasına ziyan dəyib. İlkin məlumata görə, itki yoxdur.
Hərbçilər izah edir ki, idarə olunan raketlər mürəkkəb marşrutla göndərilib.
Rüfət
AzPolitika.info


Şərhlər