Menu

Ərəb ölkələri İsraillə sülh şərtlərini açıqladı - "İşğala son qoyulmalıdır"

12.11.2023, 12:43
Ərəb ölkələri İsraillə sülh şərtlərini açıqladı - "İşğala son qoyulmalıdır"

Ərəb ölkələri İsraillə dinc münasibətlərin qurulması üçün əsas şərt - Fələstindəki 1967-ci ildə təsbit edilmiş bütün ərəb ərazilərinin işğalından əl çəkməyi irəli sürüblər.

Bu barədə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən Ərəb-İslam Sammitinin qərarında deyilir.

“İsraillə sülhün və onunla normal münasibətlərin qurulmasının ilkin şərti onun bütün Fələstin və ərəb torpaqlarını işğalına son qoyması, həmçinin Fələstin Dövlətinin 4 iyun sərhədləri daxilində tam suverenliklə müstəqilliyini həyata keçirməsidir”, - sammitin qərarında qeyd edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol