Menu

HƏMAS-a qarşı əməliyyat İsrailə gündəlik 260 milyon dollara başa gəlir

13.11.2023, 09:28
HƏMAS-a qarşı əməliyyat İsrailə gündəlik 260 milyon dollara başa gəlir

İsrailin HƏMAS-a qarşı hərbi əməliyyatı yəhudi dövlətinə gündəlik 260 milyon dollara başa gəlib.

Bunu Bloomberg yazıb.

Xəbərə görə, münaqişə İsrail üçün ilkin olaraq gözlənildiyindən də baha başa gəlib və dövlət büdcəsinə böyük yük yaradır.

Agentlik qeyd edib ki, oktyabrda büdcə kəsiri ötən ilin eyni dövrü müqayisədə 7 dəfədən çox artıb.

Bundan əvvəl İsrailin iqtisadi qəzeti “Calcalist” yazıb ki, İsrailin Qəzza zolağında HƏMAS-a qarşı hərbi əməliyyatı 2024-cü ilin sonuna qədər döyüşlər bitərsə, ən optimist hesablamalara görə, 200 milyard şekelə (təxminən 51 milyard dollar) başa gələcək. Qəzetin yazdığına görə, Livan Hizbullah hərəkatının, İranın və ya Yəmənin tam iştirakı olmadan hərbi əməliyyatların daha 8-12 ay davam etməsi və Qəzza zolağı ilə məhdudlaşması şərti ilə bu cür xərclər İsrailin il ərzində ÜDM-nin təxminən 10%-ni təşkil edəcək. Hərbi əməliyyatlar başa çatandan sonra İsrail Müdafiə Qüvvələrində xidmətə çağırılan 350 min ehtiyatda olan hərbçi tezliklə öz işlərinə qayıda biləcəklər. /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol