Menu

Rusiya MN ordunun Dneprdən şərqdə daha əlverişli mövqelərə köçürülməsi ilə bağlı məlumatı silib

13.11.2023, 12:17
Rusiya MN ordunun Dneprdən şərqdə daha əlverişli mövqelərə köçürülməsi ilə bağlı məlumatı silib

Rusiya Müdafiə Nazirliyi Dneprdən qoşunlarım şərq istiqamətində geri çəkilməsi ilə bağlı məlumatı silib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiyanın dövlət informasiya agentlikləri TASS və RİA “Novosti” Dnepr yaxınlığında qoşunların yenidən qruplaşdırılması ilə bağlı xəbəri silib.

Qeyd edək ki, Rusiya MN Silahlı Qüvvələrinin “Dnepr” qruplaşmasının komandanlığı mövcud vəziyyəti qiymətləndirərək qoşunları Dneprdən şərqdə daha əlverişli mövqelərə köçürmək qərarına gəldiyi barədə məlumat yayıb. Bildirilib ki, bu, qüvvələrin bir hissəsini Rusiya Silahlı Qüvvələrinin digər istiqamətlərə hücumu üçün göndərməyə imkan verəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol