Putinin 2024-cü il prezident seçkilərində namizədi kimi iştirakı ilə bağlı hələ qərar verilməyib.
"AzPolitika.info" Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.
Jurnalistlərdən birinin Putinin özünün namizədliyini irəli sürmək planları ilə bağlı sualına Peskov cavab verib ki, o, buna əmin deyil.
Noyabrın 13-də səhər saatlarında Rusiyanın “Kommersant” qəzeti yazıb ki, Prezident Administrasiyasının daxili siyasi bloku Vladimir Putinin müstəqil namizəd kimi prezidentliyə namizədliyini irəli sürmək variantını nəzərdən keçirir. Bu barədə nəşrə Kremldəki 3 mənbə məlumat verib.
«RosSMİ» nəşri iddia edir ki, Putinin komandasında onun namizədliyinin irəli sürülməsi üçün təşəbbüs qrupunun tərkibinin formalaşdırılması ilə bağlı fəal müzakirələr gedir.
Hələlik yekun heyət razılaşdırılmayıb, lakin müğənni Şaman, rejissor Nikita Mixalkov və Rusiya Federasiyasının ilk qadın kosmonavtı Valentina Tereşkova “üstünlük verilən” şəxslər arasında ola bilər. Ümumilikdə, təşəbbüs qrupunda ən azı 500 nəfər olmalıdır.
Rüfət
"AzPolitika.info"


Şərhlər