Cari ilin oktyabr ayında əvvəlki aya nisbətən bəzi ərzaq məhsullarının qiyməti qalxıb.
"AzPolitika.info" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
Məlumata görə, əsas qiymət artımı düyünün, mal və qoyun ətinin, təzə balığın, südün, yumurtanın, üzümün, pomidorun, xiyarın, bibərin, badımсanın, yerkökünün, çuğundurun, kartofun, sarımsağın, meyvə şirəsinin qiymətində müşahidə olunub.
Ucuzlaşma isə əsasən manna və qarabaşaq yarmasının, çörəyin, süfrə marqarininin, günəbaxan və qarğıdalı yağlarının, naringinin, limonun, kivinin, almanın, kələmin, balqabağın, şəkər tozunun, qəhvənin qiymətlərində qeydə alınıb.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
"AzPolitika.info"

Şərhlər
Ölkədə qiymət siyasət başlı-başına buraxılb.Bunun səbəbi ədir?Azərbaycan xalqının halına xarici ölklərin hakimiyyəti qalmalıdır,yoxsa Azərbaycan hakimiyyəti?j İldə bir dəfə maaşıar (əgər artırsa),üavinətlər 10-12 faiz artırılma həddində i ərzində beş-alrı dəfə qiymətlər hər dəfə 25-40 faiz artımı əhalinin nə hala salındığına sübur deyilmi?Bəs xalq ehtyacları ödəyə bilmədiyi hakimiyyəti maraqlandırmamalıdır?Niyə belə hallar baş verir?Süni qiymət artımına nə zaman sonqoulacaq?Tarif şurası monopolistlərin arzusu ilə fəaliyyət göstərir.
İnsanların maaşı,müavinət,pensiya hələ artmayıb. Bçıç iki ay əvvəl bu bahaıaşmanın səbəbi nədir?Niyə hökumət susur?Baş nazir yatıb.Yoxsa bu nə həngamədir?Kim xalqın güzəranı ilə maraqlanmalıdır?