Ermənistan parlamentində 44 günlük müharibəni araşdıran xüsusi komissiya öz işini davam etdirir.
“AzPolitika.info” Ermənistan mətbuatına istinadla xəbər verir ki, Qarabağdakı keçmiş qondarma rejimin sonuncu “prezidenti” Samvel Şahramanyan komissiyanın apardığı istintaqa cəlb edilib.
Məlumatda deyilir ki, komissiya noyabrın 13-də Şahramanyana məktub göndərərək, onu istintaqa çağırıb. Xatırladaq ki, qondarma rejimin digər 3 sabiq başçılarından fərqli olaraq, Şahramanyan Bakı İstintaq Təcridxanasında yox, İrəvandadır...
“AzPolitika.info”


Şərhlər