Menu

“HƏMAS ikinci dəfə İsrailə hücuma hazırlaşırdı” – ABŞ nəşri

13.11.2023, 16:31
“HƏMAS ikinci dəfə İsrailə hücuma hazırlaşırdı” – ABŞ nəşri

HƏMAS İsrailə qarşı ikinci hücumla bağlı hazırlıqlar görübmüş.

“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın “The Washington Post” nəşri Yaxın Şərqdəki mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, HƏMAS nümayəndələri ümid edirdilər ki, yeni hücum bütün regiona təsir edəcək və İsrail tərəfindən “güclü cavab reaksiyası” doğuracaq.

Qeyd olunur ki, HƏMAS bunun üçün bir neçə günlük ərzaq, döyüş sursatı və avadanlıq toplayıb.

Qəzetin məlumatın görə, birinci hücum uğurlu olacağı təqdirdə HƏMAS ikinci dəfə hücuma keçərək İsrailin dərinliklərinə enməyi, daha iri şəhərləri ələ keçirməyi planlaşdırıbmış.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol