Avropa İttifaqı (Aİ) xarici siyasət üzrə komissarı Cozep Borrel bildirib ki, İsrail insan tələfatının qarşısını almağa çalışmalıdır.
"AzPolitika.info" bu barədə “Associated Press” agentliyinə istinadla xəbər verir.
“Bilirsiniz ki, BMT-də keçirilən səsvermədən sonra vahid yanaşma təqdim etmək nə qədər çətin olub”, - Borrel bildirib.
Qeyd edək ki, Aİ liderləri BMT Baş Assambleyasının Qəzza zolağında İsrail və HƏMAS arasında hərbi əməliyyatların dayandırılmasına səbəb olan humanitar atəşkəsə çağıran qətnaməsinə səsvermədə ikiyə bölünüb.
"Hazırda isə Aİ ölkələri döyüşlərin dərhal dayandırılması və humanitar dəhlizlərin yaradılması, o cümlədən sərhəd keçidlərinin tutumunun və xüsusi dəniz marşrutunun artırılması ilə bağlı çağırışlara qoşulduqlarını bildiriblər ki, humanitar yardım Qəzza xalqına təhlükəsiz şəkildə çata bilsin" - deyə, Borrel bildirib.
Aİ həmçinin HƏMAS-ı bir daha bütün girovları dərhal və qeyd-şərtsiz azad etməyə çağırıb.
AzPolitika.info


Şərhlər
Gülünc ifadədir,Qəzzada kimsə qalıb bəyəm,bu qərbin bir yol bir lahiyəyə qarşı əmansız planı idi,bununlada Qəzzadan Afrikaya keçən quru yol bütövlükdə başda ABŞ olmaqla qərbin əlində qalacaq.