İsrail Prezidenti İsaak Hersoq Qəzzada uşaqların öldürüldüyünü etiraf edib.
“AzPolitika.info” xəbər verir ki, Hersoq bu barədə “BBC”-yə müsahibəsində deyib.
O, uşaqların Qəzzada niyə hədəf olduğunu da açıqlayıb. Hersoq Qəzza zolağındakı uşaq bağçalarının HƏMAS tərəfindən baza kimi istifadə edildiyini iddia edib. İsrail lideri bölgədə mülki ölümlərin olduğunu etiraf etsə də, bunda HƏMAS-ı günahlandırıb.
Adolf Hitlerin “Mübarizəm” kitabının ərəbcə nəşrini əlinə alan Hersoq, kitabı bir neçə ay əvvəl silahlı HƏMAS üzvünün cəsədinin üzərində tapdıqlarını söyləyib. Kitabda bəzi bölmələrin işarələndiyini deyən Hersoq kitabın tapıldığı yerin uşaq otağı olduğunu iddia edib.
Hersoqun Qəzzadakı ölümlərə bu cür haqq qazandırmağa çalışması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
“AzPolitika.info”


Şərhlər