Menu

Ermənistan Fransadan aldığı texnika ilə bağlı nəyi gizlədir?

13.11.2023, 17:31
Ermənistan Fransadan aldığı texnika ilə bağlı nəyi gizlədir?

Fransa Ermənistana Gürcüstan vasitəsilə çoxlu sayda “Bastion” çoxfunksiyalı zirehli texnika və texnika göndərib, bu texnikanın görüntüləri sosial şəbəkələrdə də paylaşılıb.

“AzPolitika.info” xəbər verir ki, “News.am” saytı Ermənistanın müdafiə nazirinin mətbuat katibi Aram Torosyana müraciət edərək, Fransanın Ermənistana hərbi texnika göndərməsi ilə bağlı yayılan məlumat və fotoşəkillərə münasibət bildirməsini istəyib.

“Ermənistan və Fransa arasında müdafiə sahəsində əməkdaşlığa dair rəsmi hesabat və bəyanatlardan başqa, hazırda biz hər hansı əlavə məlumat verə bilmərik”, - deyə Aram Torosyan qeyd edib.

Xatırladaq ki, İrəvan və Paris bu il oktyabrın 23-də müdafiə sektorunda əməkdaşlıq haqqında saziş imzalayıblar. Zirehli texnikanın tədarükü ilə bağlı məlumatlar bu ilin may-iyun aylarında yayılmağa başlayıb.

Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın bu əməlini pisləyib. “Sözügedən hərbi texnikanın ötürülməsi Azərbaycan Respublikasının ərazilərinin bir hissəsini 30 ilə yaxın dövrdə işğal altında saxlayan, hal-hazırda da təcavüzkar siyasətdən və ritorikadan əl çəkməyən Ermənistanın hərbi potensialını gücləndirməyə və bölgədə destruktiv fəaliyyətinə xidmət edəcək”, - nazirliyin bəyanatında deyilir.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol