Kremlin ən “parlaq” təbliğatçılarından olan Vladimir Solovyova guya ötən ilin aprelində hazırlanmış sui-qəsdin bəzi detalları açıqlanıb.
“AzPolitika.info” xəbər verir ki, Rusiyanın TASS dövlət agentliyi istintaq orqanlarına istinadla Solovyovun qətlinə görə “killer”ə ödəniləcək mükafat barədə məlumat yayıb.
İstintaq iddia edir ki, Ukrayna kəşfiyyat orqanlarının sifarişini yerinə yetirməli olan Maksim Drujinin adlı Estoniya vətəndaşına cəmi 1 milyon rubl(təxminən 11 min ABŞ dolları), Ukrayna pasportu və mənzil vəd edilib. Bu məlumat sosial şəbəkələrdə ironiya ilə qarşılanıb. Çoxları bu qondarma işi təşkil edən Rusiya FTX-sının Solovyovun həyatını çox ucuz qiymətləndirdiyini bildirirlər.
Məlumatda qeyd edilir ki, Drujinin istintaqa dolaşıq ifadələr versə də, “günahını” etiraf edib. İstintaqın iddiasına görə “killer” avans olaraq 400 min rubl, işini başa çatdırandan sonra isə 600 min rubl almalı imiş. Ancaq nədənsə, pulu verəcək şəxs və sifarişçi ələ keçirilməyib. Onun kimliyi barədə də heç nə deyilmir.
Əksər müstəqil ekspertlər Solovyova qarşı sui-qəsd işinin saxta olduğu və təbliğat xarakteri daşıdığı qənaətindədirlər.
“AzPolitika.info”


Şərhlər
Yazırsınız ki, 11 min dollar soloveyçikin başı üçün çox ucuz qiymətdir. Məncə qiymət daha ucuz olmalıdır, belə ki, onun başının qiyməti bir donuz gülləsidir ki, bunun da qiyməti, 5-10 manat ola-olmaya...
Yazırsınız ki, 11 min dollar soloveyçikin başı üçün çox ucuz qiymətdir. Məncə qiymət daha ucuz olmalıdır, belə ki, onun başının qiyməti bir donuz gülləsidir ki, bunun da qiyməti, 5-10 manat ola-olmaya...