“Konqresdə miqyaslı yardım paketi təsdiq olunmadıqca, ABŞ-nin Ukraynaya yardım imkanları hər həftə azalır”.
“AzPolitika.info” xarici KİV-lərə istinadla xəbər verir ki, bunu ABŞ Prezidentinin köməkçisi Ceyk Sallivan mətbuat konfransı zamanı deyib.
Sallivan Konqresə müraciət edərək, tez bir zamanda Ukraynaya yardım paketini təsdiqləməyə çağırıb: “Bu, artıq bizim Ukraynaya lazım olan hər şeyi verməyimizə təsir edir və bu effekt getdikcə güclənəcək. Əgər Ukrayna, İsrail, Hind-Sakit okean regionu və sərhədlərimiz üçün stabil maliyyələşdirməni həyata keçirməsək, bu, ABŞ-nin milli maraqlarına ciddi xəsarət yetirəcək”.
Sallivan əlavə edib ki, yardımların təsdiqlənməməsi bütün dünya ictimaiyyətinə siqnal olacaq ki, ABŞ strateji əhəmiyyət kəsb edən məsələlərdə ikipartiyalı sistem əsasında birləşmək qabiliyyətinə malik deyil.
“AzPolitika.info”


Şərhlər