Menu

"2024-cü il müharibədə həlledici il olacaq" - Zelenskinin Ofis rəhbəri

14.11.2023, 14:40
"2024-cü il müharibədə həlledici il olacaq" - Zelenskinin Ofis rəhbəri

2024-cü il müharibədə həlledici il olacaq.

APA “Bloomberg“ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andriy Ermak Vaşinqtonda Hudson İnstitutunda çıxış edərkən deyib.

Müharibədə dönüş nöqtəsinin yaxınlaşdığını deyən Yermak qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı davam edir, Ukrayna hərbçiləri Dnepr çayının sol sahilində möhkəm dayanıb və Ukrayna Prezidenti Vladimir Zelenski qələbəni necə əldə edəcəyini bilir.

Zelenskinin oOisinin rəhbəri həmçinin, qış yaxınlaşdıqca, Rusiya qoşunlarının ölkənin enerji infrastrukturuna hücuma başlaya biləcəyini, belə bir vaxtda Rusiyaya qarşı sanksiyaları gücləndirməyə və Ukraynanın hava hücumundan müdafiəsinə dəstək verməyə çağırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol