“Son 15 ildə hər il əvvəlkindən daha az çağırışçı orduya cəlb edilib”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistanın “Mülki müqavilə” fraksiyasının deputatı Hayk Sarkisyan deyib.
“2010-cu ildə bizdə 44 mindən çox çağırışçı olubsa, 9 il ərzində bu rəqəm 44% azalıb. 2019-cu ildə cəmi 24 min çağırışçı olub. Son 10 ildə orduda xidmət edənlərin sayı azalıb. Təbii ki, bu, demoqrafik problemlə bağlıdır. Hər il daha az oğlan uşağı dünyaya gəlir. Məsələn, 1992-ci ildə 36 min oğlan, 2001-ci ildə isə 17 min oğlan uşağı doğulub” -deyə o bildirib.
Deputat əlavə edib ki, hökumət yaxşı işləsə və vətəndaşlar ölkəni tərk etməsə bu problemi həll etmək mümkündür.
“AzPolitika.info”


Şərhlər