Ukrayna hərbi kəşfiyyatının başçısı, general Kirill Budanov hesab edir ki, yaxın müddətdə Rusiya ilə Ukrayna arasında sülh müqaviləsinin imzalanacağını gözləməyə dəyməz.
“AzPolitika.info” xəbər verir ki, yerli mətbuata açıqlama verən Budanov deyib ki, Rusiyanın hələ uzun müddət Ukrayna ilə sülh bağlamaq fikri olmayacaq.
General qeyd edib ki, müharibə hələ xeyli vaxt davam edə bilər. Çünki Rusiya Ukrayna ilə heç bir müqavilə imzalamayacaq və xaotik şəkildə Ukraynanı atəş altında saxlayacaq. Lakin bu zaman intensiv hərbi əməliyyatlar aparılmayacaq.
Budanov Rusiya ilə Yaponiya arasındakı Kuril adalarıyla bağlı mübahisəni misal gətirib və qeyd edib ki, hüquqi baxımdan Rusiya ilə Yaponiya arasında 70 ildir ki, sülh müqaviləsi yoxdur: “Bu ərazi probleminin 70 yaşı var. Ona görə həmin ssenari burada da mümkündür, çünki Rusiyanın Ukraynaya münasibətdə böyük ərazi iştahası var və bu, təkcə Krıma aid deyil. Əlbəttə ki, bu iştahanın gerçəkləşməsinə kimsə imkan vermək fikrində deyil”.
“AzPolitika.info”


Şərhlər