Menu

“Rusiya-Ukrayna müharibəsi 5 il də uzana bilər” – “The Economist”

14.11.2023, 16:14
“Rusiya-Ukrayna müharibəsi 5 il də uzana bilər” – “The Economist”

Rusiyanın Ukraynaya qarşı müharibəsi daha 5 il uzana bilər.

“AzPolitika.info” xəbər verir ki, məşhur “The Economist” nəşri belə bir proqnozla çıxış edib.

Qəzet yazır ki, dünya hazırda “heç də ən xoşbəxt günlərini yaşamır”. Məqalədə deyilir ki, eyni zamanda həm Ukrayna ərazisində, həm də İsraillə HƏMAS arasında gedən müharibələr Qərbi çətin duruma salıb. Qeyd olunur ki, İsraillə HƏMAS arasındakı münaqişə bütün Yaxın Şərqi bürüyə, arxa planda isə ABŞ ilə İran qarşı-qarşıya gələ bilər. “1945-ci ildən bəri Avropada yaşanan Ukraynadakı ən böyük müharibənin isə bitmə əlamətləri görünmür”, - deyə qəzet bildirir.

“The Econimist” yazır ki, hər iki müharibə uzanacağı və hətta yeni münaqişə nöqtəsi yaranacağı təqdirdə, Qərbin vəziyyəti olduqca ağırlaşa bilər: “Soyuq müharibə"də olduğu kimi, hər bir böhran Amerikanın, yaxud Çinin qüdrətinin sınağı kimi özünü büruzə verə və hər iki ölkəni özünə cəlb edə bilər”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol