Kifayət qədər insan sosial yardım alır. 300 min insan sosial yardımla təmin olunur. Ancaq sosial yardımın təyin edilməsində də qüsurlar var.
Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, kimin adına bir sovet maşını varsa və ya torpaq sahəsi varsa ona sosial yardım vermirlər.
“Heç o insan o torpaqdan gəlir də əldə edə bilmir. Elələri də var ki, uzun müddətdir sosial yardım alırlar. Sosial yardım alanların məşğulluğun təmin etməliyik ki, onlar da sosial yardımdan asılı qalmasınlar”, - deyə S.Novruzov əlavə edib.


Şərhlər
Xalqa təyin edilən müavinət,pensiyalarsosial yardımlar ın miqdarı real həyatdan ,mövcud qymətlərdən yox,havadan,xalqı əziyyətlə,ölməmək üçün bit təhət həyarda qalması üçün təyin edilir ki, bu nə hakimiyyti,nə deputatları.nə ƏSSM Nazirliyini maraqlanddırır.Millətin vəziyyəti günü-gündən kəskin ağırlaşdırılır.