Menu

ABŞ-ın strateji bombardmançı təyyarəsi Yaxın Şərqə uçuş həyata keçirib

14.11.2023, 19:02
ABŞ-ın strateji bombardmançı təyyarəsi Yaxın Şərqə uçuş həyata keçirib

ABŞ-ın “B-1B Lancer” strateji bombardmançı təyyarəsi Yaxın Şərq regionuna uçuş həyata keçirib.

"Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.

"Son 8 gündə 3-cü dəfə “B-1B Lancers” Mərkəzi Komandanlığın məsuliyyət zonasında missiyasını yerinə yetirib", - qeyd edilib.

Oktyabrın ortalarında ABŞ Böyük Britaniyadakı “Fairford” aviabazasına dörd “B-1B Lancer” strateji bombardmançı təyyarəsi göndərib.

O vaxtdan bəri onlar artıq Avropa, Afrika və Yaxın Şərq üzərində bir sıra uçuşlar həyata keçiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol