İsrail ordusu HƏMAS-ın Qəzza şəhəri ətrafındakı müdafiə xəttini yardığını iddia edib.
"The Times of Israel” xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qallant bildirib.
"Mən orduya həm bu gün, həm də yaxın günlərdə tapşırıqları yerinə yetirmək üçün hücumu davam etdirmək əmrini verdim." - deyə o, bildirib..
Nazir iddia edib ki, qoşunlar Qəzza zolağının şimalına, xüsusən də eyniadlı şəhərə - onların quru hissəsinə nəzarət edirlər.
Bu arada məlum olub ki, İsrail hərbçiləri Qırmızı dəniz hövzəsində raketin qarşısını almaq üçün “Arrow” raketdən müdafiə sistemindən istifadə ediblər, bundan əvvəl Eylatda hava hücumu sirenləri işə düşüb. Hərbçilər raketin İsrail ərazisinə çatmadığını qeyd etsələr də, onu kimin atdığını dəqiqləşdirilməyib.


Şərhlər