“Dünən Milli Məclisin plenar iclasında etdiyim çıxış mediada təhrif olunaraq yayılıb”.
“AzPolitika.info” xəbər verir ki, bunu millət vəkili Etibar Əliyev “Facebook” səhifəsində yazıb. O, təhsil sahəsindəki problemlərə həsr olunmuş çıxışının orjinal hissələri ilə bəzi saytlarda yayılan mətni müqayisəli formada təqdim edərək hansı ifadələrin təhrif olunduğunu göstərib:
“Milli Məclisdə səsləndirdiyim fikir: “Hər bir valideyinin övladının təhsilinə illik xərclədiyi pul dövlətin 1 şagirdə xərclədiyi vəsaitdən 3-4 dəfə çoxdur.
Təhrif olunmuş variant: “Ölkədə kölgə təhsili, repetitorluq artıb. Hər valideynin övladına xərclədiyi pul dövlətin bir neçə şagirdə xərclədiyindən daha çoxdur”.
Səsləndirdiyim fikir: “Niyə dövlət büdcəsindən ayrılan vəsaitlərin məktəbəqədər təhsil və orta təhsil üzrə rayonlar üzrə bölgüsü açıqlanmır? Bəlkə, ayrılan vəsaitin 80 faizi Bakıya aiddir?
Təhrif olunmuşa variant: “Niyə vəsaitin haralara xərcləndiyi açıqlanmır? Bəlkə elə vəsait ancaq Bakı şəhərində olan müəssisələr üçün xərclənir?!”
Səsləndirdiyim fikir: “Diaqnostik qiymətləndirmə, sertifikasiya imtahanları nəticəsində əməkhaqqı artımları və büdcədən ilbəil artan vəsaitin nəticəsi beləmi olmalıdır?
Təhrif olunmuş variant: “Hər il büdcəsi artan təhsil beləmi olmalıdır?”
Etibar Əliyev qeyd edib ki, hətta onun işlətmədiyi fikirləri də onun adından yazıblar: “Əlavə olaraq, bağça və məktəbəqədər təhsilə rayonlarda pul ayrılmır”. Mən bu ifadəni ümumiyyətlə işlətməmişəm.
İşlətdiyim fikir belədir: “Struktur islahatları elmin maliyyələşməsində, elm xərclərinin nəticəlliyinin və səmərəliliyinin yüksəldilməsində hansı dəyişikliklərə səbəb olacaq və bu dəyişikliklər hansı mexanizmlər sayəsində mümkün olacaq?”
Təhrif edilmiş variant: “Edilən struktur dəyişiklikləri elm üçün ayrılan vəsaitin səmərəli xərclənməsinə kömək edəcək?”
Millət vəkili qeyd edib ki, təhriflərlə bağlı iradlarını sayt rəhbərliyinə çatdırsa da düzəliş edilməyib. O, Mətbuat Şurasını və Medianın İnkişafına Dəstək Agentliyini bu kimi hallara qarşı diqqətli olmağa çağırıb.
“AzPolitika.info”


Şərhlər
Çıxışın bəzəkli sözlərdən ibarət,həqiqətdən uzaq olduğunun fərqindəsiniz?Bilmirsinizsə bilin!
Siz mütəmadi təhsil barədə çıxışlar edirsiniz.Amma bu çıxışlat təhsilin bu günkü vəziyyətini tam əks etdirmir.Məsələn Orta məktəblərdə bir sinifdə 42-45 şagirdin toplanması,Dərsliklərn yaş senzinə,orta mənimsəmə qabiliyyətinə uyğun olmaması sizin yazılarınızda tast gəlinmit.Smma bu ciddi məsələ təhsilin keyfiyyətinə,uşaqların yetişməsinə ciddi mənfi təsir dən faktlardır.Arzu edərdik ki,növbəti MM-dəki çıışlarınızda bu məsələlərin qaldırılmasınaçalışasınız.Çünki uşaq anlamadığı mətni alnız əzbərəyə bilir ki, o da iki gündən sonra unudulur.42-45 nəfər şagirdin bir sinifdə toplanması isə artıq burada təhsildən ,təhsilin səviyyəsindən danışmağın yeri qalmır.Bu gddi məsələlətə diqqət vermənizi xahiş edirəm.