Menu

“İstəyirəm ailə üzvüm VİP salondan istifadə etsin...” – SABİR RÜSTƏMXANLI

15.11.2023, 11:55
“İstəyirəm ailə üzvüm VİP salondan istifadə etsin...” – SABİR RÜSTƏMXANLI

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı ailə üzvlərinin də aeroportda VİP salondan istifadə etməsini istəyir.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında” Milli Məclisin qərar layihəsinin müzakirəsində deputat Sabir Rüstəmxanlı deyib.

Deputat bildirib ki, Milli Məclisin deputatlarının başqa qayğıları da var, onu başqa iclaslarda demək mümkün deyil: "Əvvəllər diplomatik pasportla deputatlar xaricə səfərlərə öz ailə üzvlərini yanında apara bilirdilər. Hətta deputat özü getməsə də, ailə üzvləri aeroportda VİP salondan istifadə edə bilirdilər. Amma indi özün gedirsənsə, ailə üzvlərin VİP salondan istifadə edə bilir, amma özün getmirsənsə, yox. Niyə millət vəkillərinə belə ögey münasibət olmalıdır? Mən özüm getmirəm, amma istəyirəm ailə üzvüm VİP salondan istifadə etsin. Millət vəkili diplomatik pasportdan ancaq xidmət etmək üçün istifadə edir, amma deputat olmayan kimi bu pasport qaytarılmalıdır”.

Şərhlər

Ele-yə sual 2023-11-16 11:04:56

Onun dedikləri sübut etmirmi ki,o iözü bir yana hələ ailə üzvlətinə də fərqləndirilmək ustəyir.bax də.MM deputatının ağıl,düşüncə dərəcəsinə! Sonra da deyirsiniz deputatımız var,ağıllı adamdır.,,

Masallıdan 2023-11-15 18:22:39

Deyəsən Sabir bəyin .........Adam pansionatda qalır,yetimin evi yoxdur qala,VİP salonlar istəyir.Bu çaşdığına dəlalət etmir?

ƏNHU 2023-11-15 17:13:28

Deputatlıq mandatı bütün sülalə üçün verilmir a kişi.

Məsləhət 2023-11-15 13:22:04

Sabir müəllim yəqin xeyli pul toplayəb istəyir VİP salondan keçsin ki, onu gömrük yoxlamasın.Qoy topıadığı pulu ipoyeka yolu ilə ev almağa sərf etsin.Adam nə qədər pansionatda qalar.birdən vəfat etdi,onu pansionatdan götürəcəkər? Ayıb deyil?

Ele 2023-11-15 12:22:24

Eger Sabşr bey kimi bir vetendaş da xalqla ferqlenmek isteyirse demek bizim millet olaraq formalaşmağımıza hele iller on iller lazım olacaq ki milli şüur deyilsin normal bir millet olaq .Ne ise Allah Mirze Celile rehmet eylesin.

ƏDALƏT 2023-11-15 12:03:49

Bunlar orda oturub , ancaq öz şətaitlərini yaxşi etməy üçün. Qara camahatla deputat niyə eyni samolyotta getməlidir ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol