Mən təxminən otuz ildir ki, bizim pansionatda qalıram, iki otaqlı mənzilim var.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında” Milli Məclisin qərar layihəsinin müzakirəsində deputat Sabir Rüstəmxanlı deyib.
Sabir Rüstəmxanlı bütün yazı-pozu işlərinin ora ilə bağlı olduğunu söyləyib: “Sakit bir yerdir. Amma orda biznesmen kimi qalıram. Başa düşmürəm, mən biznesmenəm? Hətta hökumət işçiləri orada güzəştli şəkildə qalır, amma onlardan aşağı maaş alan millət vəkili, yəni mən belə qala bilmirəm. Mən məcburam orda qalam, başqa imkan yoxdur. Amma mən orda biznesmen kimi qalıram. Məndən biznes uçotu ilə, biznes müqavilələri ilə illik pul alırlar. Bu, harada görülüb? Nəyə görə belə olmalıdır? Nazirlər Kabinetinin işçiləri, başqa strukturların işçiləri normal qiymətlə qalırlar, bizdən isə iki-üç dəfə artıq pul tələb edirlər. Mən buna millət vəkilinin statusunun aşağı salınması kimi baxıram. Milli Məclisin statusu aşağı salına bilməz. Bu, Azərbaycanın dövlət müstəqilliyində xüsusi xidməti olan bir orqandır. Millət vəkilləri də ən ağır yükü daşıyır. Millətlə üz-üzə, camaatın şikayətlərini qəbul edir. Gərgin, əsəbi... Bu otuz ildə nələr çəkmişik, hamı bilir”.


Şərhlər
Bunlar Allah tanıyandırlar?
Molla Nəsrəddinin bir karikaturası yaddıma düşdü - Kök yekəpər birisi əyləşib, altda yazılıb: "Millətin dərd-sərini çəkməkdən əriyib çöpə döndüm, ay Allah!"
.....Bu otuz ildə ayda deputat maaşından 200 manat yığsa idin yeni tikililrdə 2-3 mənzil ala bilərdin.....Hələ özübnü kasıb göstərməyə cəhd edirsən..... Belələruini hələ sayta,insanlar arasına çıxarrsınız....
ALLAH köməyin olsun.
Bu yaşına qədər zünə yaşam sahəsi yarada bilməyən çəxs necə millətə deputatlıq edər?Görün MM nə gündədir!
Belə boş və mənasız yazıları saytda yerləşdirməyin mənası nə? Sabir Rüstəmxanlı və arvadı Tənzilə indiyə qədər işsiz qalmayıb.Uzun illərdir yüksək məvaciblə yaxşı dolanıblar.Guya indiyə qədər bu aiə ölkədə (Bakıda və ya rayonda torpaq qlıb ev tikə bilməzdlər? Və ya yeni tikililərdə ipotekka ilə mənzil ala blməzdilər? Bu yazının məzmunu və mahiyyti Sabiri guya kasıb və yazıq göstərməkdir?Qoy o əvvəlcə mənsub lduğu klanı,hət ay yalançı deputat kmi 10 min manat qədər hatam məvacibi nəyə israf etdiyini,odan əlavə Tənzilənin aylıq gəlirini nəzətə alaraq saytda yas qursun.