Şimali Koreya orta mənzilli ballistik raketlər üçün hazırlanmış yeni tip yüksək təzyiqli yanacaq mühərriklərinin ilk sınağının uğurla həyata keçirildiyini açıqlayıb.
“AzPolitika.info” xəbər verir ki, Pxenyan administrasiyası noyabrın 11 və 14-də birinci və ikinci mərhələ mühərriklərinin ayrı-ayrılıqda sınaqdan keçirildiyi, sınaqların mühərriklərin keyfiyyətini və etibarlılığını təsdiq etdiyi vurğulanıb.
Digər tərəfdən, bu sınağın ardından Şimali Koreya lideri Kim Çen In ilə Rusiya Prezidenti Vladimir Putin arasında sentyabr ayında keçirilən zirvə görüşündən sonra Pxenyanın Moskvanın texnoloji dəstəyi ilə orbitə hərbi kəşfiyyat peyki çıxara biləcəyi ilə bağlı məlumatlar gündəmə gəlib.
“AzPolitika.info”


Şərhlər