Menu

Simonyan qondarma rejimin yenidən formalaşdırılması cəhdlərini Ermənistana təhdid sayır

16.11.2023, 12:40
Simonyan qondarma rejimin yenidən formalaşdırılması cəhdlərini Ermənistana təhdid sayır

"Qarabağda dövlət yaratmaq məqsədimiz yoxdur".

APA “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.

O, qondarma rejimin orqanlarının yenidən formalaşdırılması cəhdlərini Ermənistanın təhlükəsizliyinə birbaşa zərbə hesab edib və həmkarlarını da analoji mövqedə olmağa çağırıb.

Simonyan Qarabağdan Ermənistana könüllü köçən şəxslərin mövcud problemlərini Ermənistan rəhbərliyinin həll etməli olduğunu da deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol