Menu

"15 il müddətində həmkarlar təşkilatlarına ayrılan vəsaitdə artım olmayıb" - Deputat

16.11.2023, 15:49
"15 il müddətində həmkarlar təşkilatlarına ayrılan vəsaitdə artım olmayıb" - Deputat

"15 il müddətində həmkarlar təşkilatlarına ayrılan vəsaitdə artım olmayıb. Yalnız son iki ildə dövlət büdcəsindən vəsait artımı olub. Lakin qiymət artımları bizim zərərlə işləməyimizə gətirib çıxarır".

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Səttar Möhbalıyev parlamentin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında deyib.

O bildirib ki, əvvəl ümumi vəsaitdən 35 min qalıq qalırdısa, indi cəmi 12 min qalıq qalır.

“Sanotoriyaların sayı artır. Həmkarlar təşkilatının büdcəsindən 200 minə yaxın adamı əlavə göndəririk. Aztəmantlı ailələrdən 60 mindən artıq insana ərzaq yardımı göstərmişik. 400 şəhid uşağını 18 yaşına çatana qədər himayəyə götürmüşük. Odur ki, bu kimi məsələlərə baxılmasını təklif edirəm”, - deputat əlavə edib.

Şərhlər

Çoban 2023-11-16 20:10:35

Həmkarlar təşkilatını varlığını bilən var? Hələ ona büdcə ayrılmaları da ayrılır?Bəs bu atrılan vəsait haraya,kimə və nə üçün xərcləndiyini bilən var?

Tural 2023-11-16 19:38:25

Mən putyovkanı rüşvətlə alıramsa, həmkarlar təşkilatları hamısı mənim haqqımı müdafiə etmək əvəzinə rəhbərliyə ıəbbeh deyirsə niyə həmkarlar təşkilatına üzv olub ona pul verməliyəm? Səttarsa deyəsən doymur...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol