Bir çox hərbi ekspert hesab edir ki, Ukrayna ilə Rusiya arasındakı müharibə yeni fazaya qədəm qoyub və döyüşlər əsas etibarə ilə mövqe xarakteri daşıyır. Ukraynanın Hərbi Hüquq Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi ekspert Aleksandr Musienko Ukraynanın “Unian.ua” internet portalına verdiyi müsahibəsində Ukrayna və Rusiya arasında gedən müharibənin mövqe döyüşlərinə keçməsi riskləri və bunun qarşısını almaqdan ötrü nələrin edilməsinin vacib olduğu haqqında danışıb.
“AzPolitika.info” həmin müsahibəni təqdim edir:
- Ukraynada Ukrayna-Rusiya müharibəsini daha çox Birinci Dünya Müharibəsi ilə müqayisə edirlər, daimi hücumlardan və mövqe döyüşlərindən danışrlar. Siz bu dəyərləndirmə ilə razısınızmı?
- Mən müharibənin mövqe xarakteri alması fikri ilə razı deyiləm. Əgər tərəfdaşlarımız döyüşü davam etdirmək və Ukraynanın lazımi silah ehtiyacını təmin etmək üçün kifayət qədər iradə nümayiş etdirməzlərsə, onda təhlükə artacaq. Mənə elə gəlir ki, bizim indiki vəziyyətimizi Birinci Dünya müharibəsi ilə yox, İkinci Dünya müharibəsi ilə müqayisə etmək olar. Bu gün biz İkinci Dünya müharibəsi zamanı baş vermiş İtaliya uğrunda döyüşlə bir çox anologiya və paralellər apara bilərik. İtaliya döyüşü zamanı müttəfiqlərin Siciliyaya desant çıxarması planlaşdırılmışdı və hesablanmışdı ki, Amerika və Britaniya qoşunlarının birləşməsi bir neçə həftə çəkəcək. Çünki itkilər olduğundan qarşıya qoyulan məqsdləri yerinə yetirə bilmirdilər. Amma ingilislər mübarizəni davam etdirərək bu əməliyyatın uğurla başa çata biləcəyinə təkid etdilər... Yekunda İtaliyadakı nasist müqaviməti sındırıldı.
Yəni, mənə elə gəlir ki, biz bu müharibədə hələ mitelşpilə - orta nöqtəyə yaxınlaşırıq. İndi isə ordunun döyüş fəaliyyətləri ilə yanaşı, aparılan mübarizədə qarşıya qoyulan məqsədlərə çatmaq üçün iradə və özünə əminlik faktoru çox mühümdür.
- Siz müttəfiqlərin silah tədarükünü yada saldınız. Bir vaxtlar “Himars”ların verilməsi döyüşlərə əhəmiyyətli dərəcədə təsir etmişdi. Necə fikirləşirsiniz, indi döyüş meydanında vəziyyəti kardinal şəkildə dəyişə biləcək hansısa güclü silah varmı?
- Vəziyyət elədir ki, xalq istənilən halda istənilən silahla qalib gəlir, onun döyüş əzmi, əhval-ruhiyyəsi çox önəmlidir. Sonra isə silahın vacibliyi məsələsi gəlir. İstənilən müharibə innovasiyanın, modernləşmənin və silah bazarının inkişafını sürətləndirir. Dünya müharibələri zamanı da belə olub. Yadınıza salmaq istərdim ki, Birinci Dünya müharibəsinin axırında ingilislər tərəfindən hazırlanmış, daha öncə istifadə olunmayan tanklar meydana çıxmışdı. Bundan sonra təyyarələr peyda oldu və artıq İkinci Dünya müharibəsinin sonunda Almaniya reaktiv mühərrikli “Messerschmitt” təyarələrinin eksperimental uçuşlarını nümayiş etdirdi. Ona görə də müharibə həmişə texnologiyanın inkişafını sürətləndirir. Mən istisna etməzdim ki, Ukrayna döyüş meydanında istifadə etmək üçün hansısa silahların modernləşməsi və inkişafı üzərində işləmir. Bunun üçün daha çox pul ayrılır. Tərəfdaşlarımızın da bunun üzərində çalışdığını deyə bilərik. İndi Ukrayna çoxlu silah alır, sadəcə, bu silahların sayını artırmaq lazımdır. Şərti olaraq deyək ki, məsələn, indi sizin ixtiyarınızda 20 “ATACMS” raket sistemi var. Bir də var siz bu cür 200 raketə sahibsiniz. Razılaşın ki, effekt tamamilə başqa cür olacaq. Təyyarələrlə də həmin vəziyyətdir, beş və ya on beş təyyarə ilə əlli təyyarə arasındakı fərq ayrı şeydir. Buna görə də silahın miqdarının önəmi var.
Əgər biz yaxın gələcəyi götürsək, əlbəttə, düşünürəm ki, Ukrayna “F-16” -ya və əgər İsveç qərar verərsə, ola bilsin ki, ”Gripen” təyyarələrinə ümid bəsləyə bilər. İkincisi, hesab edirik ki, Ukraynaya kasset mərmilər və fuqas hissələrlə təchiz olunmuş 300 kilometr uçuş mənzilli “ATACMS” raketləri tədarük olunacaq. İdeal halda mən Almaniyadan “Taurus” raketlərini almaq istərdim.
Həmçinin, bizim hələ də artilleriyaya ehtiyacımız var. Bununla yanaşı, mərmi təchizatının və minaların artırılmasına da böyük ehtiyac var. Və əlbəttə ki, tanklar və zirehli texnikalar da öz yerində. Biz böyük innovativ dəyişikliklər görməyənə qədər, bütün bunların hamısı qərar olaraq qalacaq. Mən bizə ciddi irəliləyişlər əldə etməyimizə yardım göstərə biləcək silahları nəzərdə tuturam. Amma bunun hansı silah olduğu hələ ki, mənə bəlli deyil. Bu cür silahlar üzərində iş getdiyini istisna etmirəm.
- Ölkənin hərbi siyasi rəhbərliyi Ukraynada hazırlanmış ayrı-ayrı raketlərin uğurlu sınaq buraxılışını elan edib. İranın “Şahed” PUA-larının yerli analoqunun kütləvi istehsalına başlanmasına dair bəyanatlar da səslənir. Həmin silahların məsələn, yaxın bir-iki ildə cəbhədə görünmək potensialı varmı? Bunun üçün nə lazımdır?
- Düşünürəm ki, bəli. Dediyim kimi, müharibə silahların inkişaf prosesini xeyli sürətləndirir. Ukrayna bunu anlayır və buna xüsusi diqqət yetirir. Müdafiə xərcləri ilə yanaşı, silah alınması xərcləri də artır. Bu layihə çərçivəsində bizim qarşımızda bir vəzifə kimi öz “DARPA”-mızın(ABŞ ordusunda istifadə olunan qabaqcıl texnologiyaların hazırlanmasına cavabdeh olan agentlik - Defence Advaced Research Projects Agency) yaradılması durur. Ukraynanın “Şahed” PUA-larının analoqunu kütələvi istehsala buraxdığı haqqında nikbin məlumatlar eşidirik. Əlbəttə ki, bu, hər hansı super silah deyil. Amma bu dronlar bizə Rusiya Federasiyası ərazisindəki hərbi obyektləri vurmağa imkan verəcək və bu, daha öncə belə silahlar istehsal etməyən Ukrayna üçün artıq böyük sıçrayışdır. Ancaq əlbbətə, biz raketlər və Radio Elektron Mübarizə(REM) və Radio Elektron Kəşfiyyat(REK) vasitələri üzərində işləməliyik.
- Radio Elektron Mübarizə silahları üzərində işləmək xüsusilə mürəkkəbdir. Rusiyada bu vasitələr dünyada ən yaxşılardandır. Bəs biz bu məsələdə düşməndən necə üstün ola bilərik?
- Çətin sualdır. Əgər söhbət texnoloji komponentdən gedirsə... Məsələn, Rusiya Federasiyası öz PUA-larının Rado Elektron Mübarizə vasitələri üçün toxunlumaz hala gətirilməsi üçün yeni texnoloji təminatla və fərqli tezliklərdə işləməsi üzərində çalışır. Amma ümumiyyətlə deyim ki, bu, elə bizim proqram təminatına da aiddir. Biz Rusiya PUA-larında tətbiq olunan proqram təminatından geri qalmamaq üçün daim yenilənmə versiyalarımız üzərində çalışmalıyıq. Bu istiqamətdə də işlər gedir.
- Yerli istehsal prosesinin qarşısını alan problemlərdən biri də düşmənin raket zərbələridir. İstehsalı düşmənin potensial zərbələrindən necə qorumaq olar?
- Bizdə dağların olduğu yerlərdə Lvov və İvano-Franksovsk vilayətləri var. İstehsalımızı oralarda gizlədə bilərik. İran kimi fəaliyyət göstərmək lazımdır. İranlılar elə işləyiblər ki, İsrail və Amerika hücumlarından qoruna bilsinlər və bu, onlara xeyli iş görməyə imkan verib. Yeri gəlmişkən, zərbə təhlükəsi barədə maksimum tez məlumat verilməsi və həmin zonanın Hava Hücumundan Müdafiə sistemləri ilə qorunması lazımdır.
“AzPolitik.info”

Şərhlər