Menu

"ABŞ İrana nüvə yanacağı tədarük etməyə hazırdır" - Rayt

13.09.2026, 23:44
"ABŞ İrana nüvə yanacağı tədarük etməyə hazırdır" - Rayt

ABŞ İslam Respublikası uranın zənginləşdirilməsindən imtina etdiyi təqdirdə İranı nüvə yanacağı ilə təmin edə bilər.

Bu barədə ABŞ-ın energetika naziri Kris Rayt "Blumberq" agentliyinə deyib.

"Biz (İrana nüvə) yanacağı xaricdən tədarük edə bilərik. Onlar yenidən ölkələr birliyinə qoşula, öz xalqına sülh və rifah gətirə bilərlər", - o bildirib.

Rayt əlavə edib ki, ABŞ İslam Respublikasının nüvə proqramı məsələsini danışıqlar yolu ilə həll etməyə üstünlük verərdi, lakin hərbi əməliyyatlara da hazırdır.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol