Menu

İşsiz insanlara ünvanlı sosial yardım versək, işləməyəcəklər - Nazir müavini

16.11.2023, 16:43
İşsiz insanlara ünvanlı sosial yardım versək, işləməyəcəklər - Nazir müavini

İşsiz insanlara ünvanlı sosial yardım versək, onlar işləməyəcəklər.

APA xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” qanununun layihəsinin müzakirəsi zamanı deyib ki, bəzən suallar verilir ki, bəzi ailələr həm işləyir, həm də ünvanlı dövlət sosial yardımı alır.

Nazir müavini qeyd edib ki, ünvanlı sosial yardımın fəlsəfəsi ayrıdır: “Yəni işsiz insanlara bu yardımı versək, onlar işləməyəcəklər”.

Şərhlər

x 2023-11-16 22:25:43

İs ver işləsinlər. Cehennemde yaşayırıq xeberimiz yoxdu

Rəhim 2023-11-16 20:03:11

işsiz bir ibsana döxlət yardmı (əgər bu yardımla adam yaşaya bilsə )verilməsini necə istəməyə bilər?Amma öncə insanların işlə (aldıqları maaşla yaşaya bilməsi şərti ilə ) təmin olunmasının qeydinə qalmaq vacibdir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol