Menu

“Qarabağ” rəqibi ilə Xankəndi stadionunda görüşəcək

17.11.2023, 11:10
“Qarabağ” rəqibi ilə Xankəndi stadionunda görüşəcək

Xankəndi şəhərində yerləşən stadionda ilk dəfə yerli klublarımızın iştirakı ilə futbol oyunu keçiriləcək.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu matç Azərbaycan Kubokunun 1/8 finalında “Qarabağ”la əvvəlki mərhələdən MOİK - “Ağdaş”/“Cəbrayıl” cütünün qalibi arasında keçiriləcək oyun olacaq.

Qeyd edək ki, bununla bağlı hazırlıq işləri aparılır və oyun dekabrın 21-də baş tuta bilər. Hazırda Xankəndi şəhər stadionunda təmir işləri gedir. Stadionun keçmiş qondarma rejimin “bayrağı” rənglərində olan tribunaları sökülüb yeniləri ilə əvəzlənir. Arenanın ot örtüyünün dəyişdiriləcəyi və paltardəyişmə otaqlarının da yenilənəcəyi bildirilib.

Şərhlər

B.GərkiCahanlı 2023-11-17 11:33:29

Bəs, azarkeş? Bir neçə aya vətəndaş və əmlak pasportlaşdırmalarını operativ-ciddi dəqiq nəzzarətlə bitirmək gərək? Hər tərəf heç olmazsa Novruza qədər canlanmalı, heç olmazsa may-iyun ayına yeni bar verməli deyilmi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol