Azərbaycanda inflyasiyanın necə hesablandığı açıqlanıb.
APA xəbər verir ki, bu barədə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov məlumat verib.
Yusif Yusifov deyib ki, inflyasiya ilə bağlı 538 adda ərzaq və qeyri-ərzaq qiymətləri üzərində müşahidə aparılaraq qərar qəbul edilir: “Bura daxil olan 151 adda ərzaq məhsulu ümumi istehlakın 45.7%-ni təşkil edir. Biz məlumatların 30%-ni insan faktoru olmadan iri supermarketlərdən birbaşa alırıq. Alınan məlumatlar bizə inteqrasiya olunur. Eyni zamanda biz inflyasiyanı Beynəlxalq Valyuta Fondunun istehlak qiymətləri indeksinin hesablanması əsasında hesablayırıq”.


Şərhlər
Bu məlumatı rəqəmlərlə ifadəsi niyə görünmür.Hərə butub ümumi sözlərlə ölkədəki yanlış hesablamalara,əsassız bahaıaşmalara haqq qazandırır.ölkədə xarici valyutanın kutsu dətişmirsə hansı infilyasiya olduğu hesablaması hansı kriteriyalara əsaslanır?hesab etsək ki,2023-cü ilin əvvəli ilə keçən 10 ay ərzibdə ərzaq,xidmət.kommunal xidmətlər günbıgün artıtılıb və ümumi götürüldükdə qiymət artımı 46-60 fqiz təşjil etdiyi halda bu 10-11 faiz haradanvə becə ortaya atılır:DEputat buna açıqlama verə bilərmi?