Rusiya Ukraynada sabitliyi pozmaq üçün "Maydan-3" adlı kampaniya planlaşdırır.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Prezident Ofisində jurnalistlərə müsahibəsində bildirib.
Zelenskinin sözlərinə görə, Rusiya Ukraynada xaos yaratmaq və Prezidenti devirmək üçün yeni planlar hazırlayır. O, 2004 və 2014-cü illərdə Kiyevin mərkəzində baş verən hadisələri xatırladaraq əlavə edib ki, yerli kəşfiyyat orqanları və tərəfdaş ölkələrin kəşfiyyat xidmətləri də yeni planlar barədə məlumat əldə edib.
Ukrayna lideri həmçinin əlavə edib ki, HAMAS-İsrail münaqişəsi Ukraynaya silah-sursat çatdırılmasında gecikmələr yaradıb, çünki Ukraynanın ehtiyacı olan sursatlara, xüsusilə 155 mm-lik mərmilərə Yaxın Şərqdə güclü tələbat var.


Şərhlər
Tam məntiqlə yazıram,artıq Zelenski və onun yan yörəsi bilirki Ukrayna xalqı bunların kimlər tərəfindən hakimiyətə gətirməsindən tutmuş hal hazırda onların necə idarə edilməsinidə gözəl bilirlər,onuda bilirlərki xalqı Maydanda aldatdılar,indi qorxurlarki aldatdığlarımız tam ayılıblar və birdəm yığışarlar Maydana aldandığlarını etiraf edərlər.