Polşa İkinci Dünya Müharibəsi zamanı ölkəyə dəymiş ziyana görə Almaniya və Rusiyadan təzminat ödənilməsi üzrə parlament qrupu yaradıb.
"AzPolitika.info" “Ukrainskaya Pravda”ya istinadla xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Arkadiuş Mularçik bildirib.
“Biz Seymin qətnaməsinə uyğun olaraq Almaniyadan Polşaya ödəniləcək kompensasiyalar, İkinci Dünya Müharibəsi zamanı dəymiş ziyana görə Rusiyadan Polşaya ödəniləcək kompensasiyanın məbləğinin qiymətləndirilməsi məsələləri üzrə parlament qrupu yaratmışıq” – Mularçik sosial şəbəkələrdə bildirib.
Onun qeyd etdiyinə görə, qrupa Qanun və Ədalət partiyasının sədri Yaroslav Kaçinski, Mədəniyyət və Milli İrs Nazirliyinin rəhbəri Piotr Qlinski və digər siyasətçilər, o cümlədən Marek Kuçinski, Kazimierz Smolinski, Valdemar Buda, Marek Ast və Piotr Babiniets daxildir.
Mularçik vurğulayıb ki, İkinci Dünya Müharibəsində itkilərə görə Polşaya kompensasiya ödənilməsi məsələsi “milli və beynəlxalq siyasi səhnədən silinməyəcək”.
Rüfət
AzPolitika.info


Şərhlər