Pilotsuz təyyarə İraqın şimalında Amerika və beynəlxalq qüvvələrin yerləşdiyi “Əl-Hərir” aviabazasına zərbə endirib.
“AzPolitika.info” saytı xəbər verir ki, bu barədə “Sky News Arabia” məlumat yayıb.
Dəymiş ziyanla bağlı hələlik məlumat verilməyib. Hücuma görə məsuliyyəti “İraq İslam Müqaviməti” təşkilatı öz üzərinə götürüb və Amerika bazasına hücumu “düşmənin Qəzza zolağındakı cinayətləri”nə cavab adlandırıb. Təşkilatın məlumatına görə, PUA nəzərdə tutulan hədəfi vurub.
Baza bundan əvvəl noyabrın 11 və 9-da da pilotsuz təyyarə ilə hücuma məruz qalıb. Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqhin açıqlamasına görə, oktyabrın 17-dən noyabrın 7-dək Yaxın Şərqdəki ABŞ qüvvələri 40 dəfə hücuma məruz qalıb. 22 hücum İraqda, 18-i Suriyada həyata keçirilib.
Rüfət
AzPolitika.info


Şərhlər