"İraq İslam Müqavimət Qrupu” İraqın Ərbil şəhərində yerləşən ABŞ hərbi bazasına PUA hücumu həyata keçirib.
“AzPolitika.info” xəbər verir ki, sözügedən hücumun Qəzzadakı qətliamlara cavab olaraq həyata keçirildiyi bildirilib.
Bölgədən paylaşılan bir videoda görünür ki, hücum nəticəsində bazada yanğın başlayıb və ərazini tüstü bürüyüb.
Qeyd edək ki, İsrail Qəzzada hücumlara başladıqdan sonra ABŞ-ın İraq və Suriyadakı bazalarına hücumlar artıb. ABŞ Müdafiə Nazirliyinin hücumlarla bağlı verdiyi son açıqlamada İraq və Suriyada ABŞ və koalisiya qüvvələrinə qarşı 55 hücumun təşkil edildiyi, 59 əsgərin yaralandığı bildirilib.
“AzPolitika.info”


Şərhlər