Menu

Zaqatalada qızılca xəstəliyi yayılıb

17.11.2023, 17:15
Zaqatalada qızılca xəstəliyi yayılıb

Zaqatala Rayon Mərkəzi Xəstəxanasına bu ilin oktyabrın 11-dən noyabrın 17-dək qızılca simptomları ilə 64 müraciət daxil olub.

TƏBİB-dən bildirilib ki, onlardan 46-sı müayinə olunaraq ambulator müalicə üçün evə buraxılıb.

Qeyd olunub ki, ambulator xəstələrdən 8 uşaqdır, vəziyyətləri stabildir: "Bu müddət ərzində xəstəxanaya müraciət edən 19 nəfər (5-i uşaq olmaqla) stasionar müalicə alıb. Onlardan 10 xəstə artıq evə buraxılıb. 9 xəstənin isə stasionar müalicəsi davam etdirilir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol