Mənzilə çıxarış almaq asanlaşacaq, bu məqsədlə “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi yaradılacaq.
Əmlak eksperti Ramil Osmanlı Xezerxeber.az-a bildirib ki, mənzilə və ya torpağa çıxarış almaq istəyən vətəndaşlar sənədlərini özləri elektron portala yerləşdirməklə müraciət edə biləcəklər.
Ekspertin sözlərinə görə, sənədlərin düzgünlüyü sistemdə yoxlanılacaq. Təsdiqləndikdən sonra isə tələb olunan dövlət rüsumu da portal vasitəsi ilə ödənilə bilər.
Sistem fəaliyyətə başlayandan sonra Əmlak Məsələləri Dövlət Xidmətinin ərazi şöbələrinə getməyə ehtiyac qalmayacaq. Yeni sistemin yaradılmasında əsas məqsədlərdən biri isə vətəndaş məmur ünsiyyətini minimuma endirməkdir.
Qeyd edək ki, Nazirlər Kabinetinə altı ay müddətində Sistem haqqında əsasnamənin layihəsini hazırlamaq tapşırılıb.
Ətraflı süjetdə:


Şərhlər
İbdiyə qədər Prezidentin sənədi olmayan evlərin sənədləşdirilməsi haqqında göstərişi niyə yerinə yetirilməyib?Öncə bunu araşdırmaq,sonra isə FHN-nin Prezidentin bu göstərişini saymayaraq söküntü işləri aparması hansə əsasıara söykənib? Bunu millətə izah edən,FHN-nin özbaşına hrəkətlərinin qarşısını alan qurum niyə ortada görünmür? Buna dərəbəylik deyilmir?Bəs insanın yaşama hüququ,,mənzil hüququ?