Menu

AVRO-2024-ün seçmə mərhələsi: Albaniya turnirə vəsiqəni təmin etdi

18.11.2023, 00:22
AVRO-2024-ün seçmə mərhələsi: Albaniya turnirə vəsiqəni təmin etdi

Avro-2024-ün seçmə mərhələsində daha iki oyun başa çatıb.

E qrupunda Moldova və Albaniya yığmalarının qarşılaşması “sülhlə” bitib - 1:1.

Albaniya millisi 14 xalla turnir cədvəlində birinci yeri tutmaqla 2024-cü il Avropa çempionatına vəsiqəni təmin edib. Moldova isə 10 xalla üçüncü yerdədir.

H qrupunda Finlandiya Şimali İrlandiyanı darmadağın edərək məğlubiyyət seriyasını qırıb - 4:0. Hazırda skandinavlar turnir cədvəlində 15 xalla dördüncü yerdədir. Şimali İrlandiya isə altı xalla beşincidir. Qrupa 19 xalla Danimarka liderlik edir.

H qrupundakı Qazaxıstan San Marinodan üstün olub - 3:1.

Bu oyunun nəticəsindən sonra Qazaxıstan millisi qrupda üçüncü yerdə möhkəmlənib. Doqquz görüşdən sonra komanda 18 xal toplayıb. San Marino isə xalsız qalaraq sonuncu - altıncı yerdədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol