Moskvanın mərkəzində bankda soyğun olub.
“AzPolitika.info” Rusiya mediasına istinadla xəbər verir ki, soyğunçular avtomobillə təxminən 300 milyon rubl aparan kuryerlərə yaxınlaşıb, atəş açıb, sonra isə pulu oğurlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumatı təsdiqləyib. İdarənin məlumatına görə, dünən saat 19:30 radələrində Presnenski Val küçəsində naməlum şəxslər iki nəfəri tapança ilə hədələyərək onlara bir neçə dəfə atəş açıblar. Daha sonra onlar pulla dolu çantanı götürərək “Mercedes”lə qaçıblar.
İlkin məlumata görə, bir nəfər xəsarət alıb. Polis əməkdaşları cinayətkarların şəxsiyyətini müəyyənləşdirir.
“AzPolitika.info”


Şərhlər
Belə soyğunlar planı adətən elə bankın öz içindən çıxır.Mafiozlara bəlli vaxtda bəlli yerdə olmalı olduqlarını bildirirlər,onlar da soyub qaçırlar,sonra da bölüşürlər,vəssalam.