Menu

“Azərbaycanın ABŞ-nin hərbi yardımına ehtiyacı yoxdur” – “İki ölkə arasında daha ciddi razılaşmalar var”

18.11.2023, 15:03
“Azərbaycanın ABŞ-nin hərbi yardımına ehtiyacı yoxdur” – “İki ölkə arasında daha ciddi razılaşmalar var”

“İnanmıram ki, ABŞ ilə Azərbaycan arasındakı münaqişə çox ciddidir və bu, özündə Qərbin, ABŞ-nin Ermənistana və Azərbaycana qarşı siyasətində hansısa böyük dəyişiklikləri ehtiva edir”.

“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistan mətbuatına müsahibəsində erməni hərbi ekspert, siyasi elmlər doktoru Armen Ayvazyan deyib.

Ayvazyan hesab edir ki, ABŞ ilə Azərbaycan arasında münasibətlərin müvəqqəti olaraq soyumasının heç bir ciddi nəticəsi olmayacaq: “Hələ ki, indiyə qədər baş verənlər ciddi nəticələri olan real hərəkətlər deyil. Biz bəyanatları, ABŞ Konqresi və Senatının Ermənistan və “dağlıq Qarabağ”ın xeyrinə qəbul etdiyi qətnamələri, “artsax”ı müstəqil dövlət kimi tanıyan Fransa Senatının qərarını gördük. Sonra Fransa parlamentinin aşağı palatası yenidən kifayət qədər ermənipərəst mövqe tutdu, lakin bütün bunlar bu dövlətlərin icra hakimiyyətlərinin siyasətinə çevrilmədi”.

Erməni politoloqun fikrincə, ABŞ Dövlət Departamenti təmsilçisinin Azərbaycanla münasibətlər barədə dediklərinə, eləcə də 907-ci düzəlişlə bağlı Nümayəndələr Palatasının qərarına böyük və ciddi bir nəticə kimi baxmaq doğru deyil: “Bunlar ciddi addımlar deyil. Bu gün Azərbaycanın artıq ABŞ-nin hərbi yardımına ehtiyacı yoxdur. ABŞ eyni şeyi daha əvvəl edə bilərdi və Azərbaycana güclü siqnal verə bilərdi ki, anti-erməni addımlarını davam etdirsə, ona qarşı daha ciddi addımlar atılacaq. Ona görə də bunun çox ağır nəticələrə, ciddi münaqişəyə səbəb olacağını hələ düşünmürəm. Azərbaycan artıq ABŞ-nin özündən, onun müttəfiqlərindən, o cümlədən İsraildən kifayət qədər böyük hərbi yardım alıb və almaqda davam edir”.

Ekspert hətta iddia edib ki, ABŞ ilə Azərbaycan arasında baş verənlər “səhnələşdirilib” və bunların arxasında iki ölkə arasındakı daha ciddi razılaşmalar var.

C.Məmmədov

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol