Menu

Şahbuzun Mahmudoba kəndində yanğınlar törədən şəxs saxlanılıb

18.11.2023, 23:47
Şahbuzun Mahmudoba kəndində yanğınlar törədən şəxs saxlanılıb

Şahbuzun Mahmudoba kəndində yanğınlar törədən şəxs saxlanılıb.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"un yerli bürosuna verilən məlumata görə, son üç gündə Şahbuz rayonunun Mahmudoba kəndində silsilə yanğınlar (4 yanğın) törədən Mahmudoba kənd sakini Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşlarının apardığı təxirəsalınmaz əməliyyatlar nəticəsində saxlanılıb.

Naxçıvan Muxtar Respublikası Daxili işlər Nazirliyi tərəfindən faktla bağlı araşdırmalar davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol